No Result
View All Result
ABŞ prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşüb. NTV Türkiyə yazır ki, liderlərin ayaqüstü baş tutan görüşü bir neçə dəqiqə davam edib. Ərdoğanı xarici işlər naziri Mövlud Çavuşoğlu və prezident sözcüsü İbrahim Kalın da müşayiət edib.
Nə baş verib: Prezidentlərin qısa söhbəti bu il Argentinada keçirilən “Böyük İyirmilik” ölkələri liderlərinin sammitində baş tutub. Sammit üçün Argentinaya gəlməzdən əvvəl ABŞ prezidenti türkiyəli həmkarı ilə görüşünün formatını dəyişdirib. O, Ərdoğanla rəsmi nəzərdə tutulan görüşün qeyri-rəsmi olacağını açıqlayıb.
No Result
View All Result