Noyabrın 29-da Bakı Apelyasiya Məhkəməsi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin rəhbəri Mirtağı Əsədovun sərbəst buraxılması haqda qərar çıxarıb.
Meydan TV-yə danışına Mirtağı Əsədovun həyat yoldaşı Şəhanə Hacıyeva deyib ki, bu qərar onlar üçün gözlənilməz olub:
“Çünki 30 sutka inzibati cəza alan yoldaşımın vaxtından tez buraxılacağını gözləmirdik. Dünən axşam bizə zəng etdilər ki, səhər gəlin. Binəqədidə Müvəqqəti Saxlanma yerinə getdik, görüşəcəyimizi zənn edirdik. Sonradan Bakı Apelyasiya Məhkəməsinə getməli olduğumuzu söylədilər. Nə baş verdi ki, Mirtağını buraxdılar, bilmirik”.
Nə baş verib: Mirtağı Əsədov noyabrın 7-də Azərbaycan-Gürcüstan sərhəd buraxılış məntəqəsində saxlanılaraq İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi və 510-cu maddəsi, xuliqanlıq və polisin qanuni əmrinə tabe olmama maddələri üzrə 30 sutka həbs qərarı çıxarılıb.
Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin məlumatına görə, M.Əsədov 2 il əvvəl Azərbaycan vətəndaşlığından imtina edib.