ABŞ prezidenti Donald Tramp Argentina prezidenti Maurisio Makri ilə keçirdiyi birgə mətbuat konfransında ispan dilindən tərcüməni bəyənmədiyinə görə qulaqlığı yerə atıb.
Sputnik Türkiyə yazır ki, G20 sammiti üçün bu ölkədə olan ABŞ prezidenti sinxron tərcümədən narazı qalıb.
O, qulaqlığı yerə atmadan “Mənə elə gəlir ki, sizi öz dilinizdə bu tərcümə olmadan daha yaxşı başa düşə bilərəm” deyib.