İsrailin baş naziri Benyamin Netanyahu və həyat yoldaşı rüşvət və fırıldaqçılıqda ittiham olunur. Reuters yazır ki, İsrail polisi baş nazirin rüşvət verdiyinə dair dəlillər tapıb.
Polisin iddiasına görə, Netanyahu mütəmadi olaraq İsrailin aparıcı telekommunikasiya şirkəti “Bezeq Telecom Israel”i mükafatlandırıb ki, o və həyat yoldaşı haqqında həmin kanalın saytında müsbət imicli xəbərlər dərc olunsun.
Baş nazir isə bu iddiaları rədd edib və milli yəhudi festivalı “Hanukka”nın açılış mərasimində çıxışı zamanı polisi onu və həyat yoldaşını ləkələməkdə günahlandırıb.