Avropa İnsan Haqları Məhkəməsi gələn ildən şikayətlərə baxılması qaydalarını dəyişmək istəyir. Real partiyasının sədri İlqar Məmmədov deyir ki, Avropa Məhkəməsi işlərə baxmazdan əvvəl barışıq üçün 3 ay vaxt verməyi planlaşdırır. Partiya sədrinin sözlərinə görə, dövlət və şikayətçiyə veriləcək bu müddət şikayətçiyə təzyiqləri artıracaq:
“Bu qayda Azərbaycanı əməliyyatçı şüuru ilə idarə edənlərin işini daha da asanlaşdıracaq. Şikayətçilərə həmin müddət ərzində qohumları-yaxınları vasitəsilə ən ciddi qeyri-rəsmi təzyiqlər ediləcək ki, şikayətlərini geri götürsünlər. Hazırda, məsələ Ali Məhkəməyə gedəndə dövlət hələ bilmir ki, adam Avropa Məhkəməsinə qədər addımlayacaq, ya yox. Ancaq qaydalar start götürəndən sonra hökumət əməliyyata başlayacaq. Sözün qısası, Avropa Məhkəməsi deyir ki, haqlarınızı özünüz qoruyun, bizi burada çox da narahat etməyin”.
Vəkil Fuad Ağayev Meydan TV-yə açıqlamasında deyir ki, yeni sistem hələlik 1 illiyə test rejimində tətbiq olunacaq:
“Bu, o demək deyil ki, kommunikasiya olmayacaq. Kommunikasiya başlayacaq, tərəflərə suallar ünvanlanacaq, amma kommunikasiyadan sonra məhkəmə tərəflərə 3 ayda işi dostcasına nizamlamağı təklif edəcək. Mürəkkəb, mahiyyəti üzrə baxılmasına zərurət olan, məbləği çətin hesablanacaq işlər bura aid deyil”.
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi (SMDT) Mərkəzinin rəhbəri, seçki mütəxəssisi Anar Məmmədli saxlanılıb və ona qarşı qaçaqmalçılıq ittihamı irəli sürülüb....
Müəlliflər: Kelly Bloss (OCCRP), Fatimə Kərimova (Mikroskop Media) Xəzərin sahilində, Bakı bulvarında 80 yaşlı türkiyəli biznesmen səliqəli kostyum və qalstukda...
Bir qrup Amerika konqresmeni bu həftə Azərbaycana qarşı sanksiyalar haqqında qanun layihəsi təqdim etməyi planlaşdırır. Bu barədə Turan İnformasiya Agentliyinin...
Azərbaycan hökuməti yüzlərlə jurnalist və ictimai fəalın telefonlarını izlədiyi və NSO Qrup şirkətinin istehsalı olan “Pegasus”la kifayətlənməyib və İsraildən daha...