Dövlət Avtomobil Nəqliyyat Xidmətinin rəisi Həbib Həsənov deyib ki, sərnişindaşımada vahid bilet sistemi və taksi xidmətində vahid platforma yaradılacaq.
“Respublika üzrə bilet sisteminin yaradılması və gələcəkdə yerüstü nəqliyyat vasitələrinə inteqrasiyası nəzərdə tutulur. Respublikada vahid bilet sisteminin olmasının bir sıra üstünlükləri var. Bu, daşıyıcıların özlərinə də xeyirdir”.
Hazırda Bakı şəhərinin ictimai nəqliyyatında vahid kart “BakıKART” sistemi tətbiq edilir. Bu kartdan metroda və “BakuBus” MMC-yə aid avtobus nəqliyyat vasitələrində gediş haqqının ödəmək üçün istifadə edilir.