Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Sergey Lavrovun dekabrın ortalarında Azərbaycana səfər edəcəyini açıqlayıb.
Zaxarova deyib ki, S. Lavrov dekabrın 14-də Bakıda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.