Çərşənbə axşamı, 8 İyul 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Sabahdan satışa çıxacaq Yandex istehsalı olan smartfon barədə bilməli olduqların

05 Dekabr 2018
A A
Sabahdan satışa çıxacaq Yandex istehsalı olan smartfon barədə bilməli olduqların

Yandex.Phone. Foto: Yandex

Rusiya mərkəzli, başda axtarış mühərriki olmaqla istifadəçilərə bir çox internet xidməti təklif edən Yandex özünün ilk smartfonunu hazırlayıb. Ən böyük rəqibi Google olsa da Yandex istehsalı olan və “Yandex.Phone” adlanan telefonların da əməliyyat sistemi Android olacaq. Bu cihazın əsas fərqi odur ki, telefonda standart xidmət provayderi olaraq Google yox, Yandex olacaq. Şirkətin bunu necə və hansı səviyyədə bacardığı isə sual altındadır. Səbəb isə odur ki, Androidin istehsalçısı olan Google bu sistemi istifadə edən bütün cihazlarda standart provayder olaraq Google xidmətlərini quraşdırmağa məcbur etməsidir. Google-ın ən böyük rəqibi olan Yandexin bunu necə etdiyinin bazarda ciddi maraq doğuracağı gözlənilir.

Yandex.Phone. Foto: Yandex

Cihazın texniki xüsusiyyətlərinə gəldikdə isə, Yandex.Phone Snapdragon 630 (Qualcomm) prosessoru və 4GB RAM ilə orta seqmentasiya üçün istehsal olunduğunu göstərir. 64 GB yaddaş seçimi olan cihaz 5,65 düym FullHD ekran və 12 meqapx./5 meqapx. cüt kamera ilə təchiz olunub. İstifadəçi məlumatlarının qorunması üçün barmaq izi skaneri və təmassız ödəmələr üçün NFC çipi ilə təqdim olunan cihaz süni intellekt “dəbindən” də yan keçməyib. Şirkətin yaratdığı və brauzerdə artıq uzun müddətdir istifadə olunan “Alisa” süni intellektli asistenti də cihazda istifadə olunacaq. Asistentin və həmçinin şirkətin bütün xidmətlərinin telefona tamamilə inteqrasiya olunduğunu bildirən şirkətin nümayəndəsi Fyodor Yezovi deyib:

“Bu telefonda bir əməliyyatı aparmaq üçün uyğun tətbiqi açmağınıza ehtiyac yoxdur, Alisadan soruşmağınız kifayətdir”.

Dekabrın 6-dan etibarən telefon ancaq Rusiya bazarı üçün onlayn satışa çıxarılacaq və onu Yandex Store-dən əldə etmək mümkün olacaq. Telefonun qiyməti 17990 rubl, yəni təxminən 270 dollardır.

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025
Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA
Araşdırma

Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA

10 Mart 2025
Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar
Detallı

Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar

18 Noyabr 2024
Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya
Detallı

Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya

12 Noyabr 2024
Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib
Detallı

Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib

11 Noyabr 2024

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia