Ermənistanın baş naziri vəzifələrinin icraçısı Nikol Paşinyanın “Mənim addımım” bloku parlament seçkilərində səslərin 70,43%-ni toplayıb.
Report yazır ki, ölkənin bütün 2010 seçki məntəqəsindəki bülletenlərin hesablanması bunu göstərib.
Seçkilərin yekununa görə, “Çiçəklənən Ermənistan” və (8,27% səs) “İşıqlı Ermənistan” (6,37% səs) partiyaları parlamentə keçir.
Keçmiş hakim Ermənistan Respublika Partiyası cəmi 4,7 faiz səs toplayıb və 5 faiz həddini aşa bilməyib.
“Daşnaksutün” fraksiyası seçicilərin 3,89% səsini toplaya bilib.