Fransa prezidenti Emmanuel Makron həftələrlə davam etiraz aksiyalarına cavab olaraq minimum əmək haqqını artırmağa və vergi güzəştləri etməyə söz verib.
BBC yazır ki, Makron televiziya vasitəsilə xalqa müraciəti zamanı deyib ki, etiraz edənlərin qəzəbi dərin və bir çox baxımdan legitim idi. O, 2019-cu ildən etibarən minimum əmək haqqının 100 avro artacağını deyib.