NASA-nın yeddi ay ərzində səyahət edərək Marsa çatan “InSight” adlı kosmik raketi artıq işlək vəziyyətə gəlməyə başlayıb. Yerə araşdırmalarla bağlı tez-tez fotolar göndərən raket bu dəfə “selfie” göndərib.
“InSight” endiyi yerin formasına uyğunlaşa biləcək formada dizayn edilib və ətrafda gəzmək üçün təkərləri yoxdur. 1,8 metrlik “qolunun” dirsək hissəsində isə ətrafını tamamilə görə biləcək kamera yerləşdirilib. “Robot qol” bölgənin tam xəritəsini hazırlayıb analiz etdikdən sonra cihazın tam şəkildə quraşdırılmasına başlayacaq və raketin digər hissələrinin formalaşmasını təmin edəcək.