Çərşənbə, 13 May 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

“Voyager-2” Günəş sistemindən çıxdı

11 Dekabr 2018
A A
“Voyager-2” Günəş sistemindən çıxdı

Voyager-2. Foto: NASA/JPL

1977-ci ildə fəzaya göndərilən “Voyager-2” Günəş sistemindən çıxan ikinci aparat olub.

BBC yazır ki, bu peyk əkizi “Voyager-1”dən 16 gün öncə göndərilsə də, iki aparat arasındakı sürət fərqi səbəbilə “Voyager-1” onu qabaqlayaraq 6 il öncə Günəş sistemindən çıxmağı bacarıb. Hazırda hər iki peyk Günəş sistemindən kənardadır. Bu barədə məlumatlar Amerika Geofizika Birliyinin ( AGB) Vaşinqtonda baş tutan iclasında üzə çıxıb.

Baş elmi işçi, professor Eduard Ston məlumatı təsdiqləyib və əlavə edib ki, “Voyager 2”nin Günəş sistemindən çıxma tarixi 5 Noyabr 2018-ci il kimi qeydə alınıb.

Hazırda “Voyager-2” dünyadan təxminən, 18 milyard kilometr uzaqdadır. “Bu, “Voyager”ın 41 illik səyahətinin ən həyəcanlı anlarıdır. Hazırda onlar kəşf edilməmiş ərazidədirlər” – Eduard Ston deyib. Onun sözlərinə görə, qalaktikamız o qədər böyükdür ki, “Voyager 1” olduqca sürətli hərəkət etməyinə baxmayaraq, o, 40 min il müddətində heç bir ulduza yaxınlaşmayacaq.

1977-ci ildə “Voyager”lərlə intellektə malik yad planetlilər üçün Yer haqqında mühüm informasiyalar göndərilib. Qızıl suya çəkilmiş diskə yazılan 27 nitq və səs fraqmenti arasında Azərbaycan musiqisi də var.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia