Şənbə, 17 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

2018-ci ilin ən çox pul qazanan yazıçıları

12 Dekabr 2018
A A
2018-ci ilin ən çox pul qazanan yazıçıları

Maykl Volf. Foto: Ralf Curqens

“Forbes” jurnalı 2018-ci ildə ən çox gəlir əldə edən yazıçıların adlarını açıqlayıb. Siyahıda ABŞ prezidenti Donald Tramp haqqında yazılan “Atəş və qəzəb” adlı kitabın müəllifi Maykl Volf da var. “The Guardian” qəzetinin adıçəkilən kitabdan bir hissəni dərc etməyindən sonra məşhurlaşan kitab öz müəllifinə 13 milyon dollar qazandırıb. “Atəş və qəzəb” təkcə ABŞ-da 1 milyondan çox satılıb. Bu rəqəmə kitabın audio və digər formatlarda olan satışı daxil deyil.

“Bir gün gözümü göyə dikdim və Tramp üçün çox sağ ol dedim” – Mayk Volf ötən ilin yazında deyib.

Ən çox gəlir əldə edən 11 müəllifin ümumilikdə 24,5 milyon kitabı satılıb və bu satışdan 283 milyon dollar qazanıblar.

Siyahıda birinci yerdə olan Ceyms Pattersonun təkcə ABŞ-da 4,8 milyon kitabı satılıb və o, 86 milyon dollar qazanıb.

Coan Roulinqin kitabdan əldə etdiyi gəlir ötən illə müqayisədə 41 milyon dollar azalıb və 54 milyon dollar qazancla o, siyahının ikinci pilləsinə düşüb.

Stiven Kinq 1986-ci ildə yazdığı “O” adlı romanı əsasında çəkilən film sayəsində 2,7 milyon kitab sataraq bu il siyahıda üçüncü yeri tuta bilib.

Pola Hokins isə bu il siyahıda yoxdur.

İlk onluq:

1. Ceyms Patterson – 86 milyon dollar
2. Coan Roulinq – 54 milyon dollar
3. Stiven Kinq – 27 milyon dollar
4. Con Qrişem – 21 milyon dollar
5. Ceff Kinni – 18.5 milyon dollar
5. den Braun – 18.5 milyon dollar
7. Maykl Volf – 13 milyon dollar
8. Daniela Stil – 12 milyon dollar
8. Nora Roberts -12 milyon dollar
10. Rick Riordan – 10.5 milyon dollar
10. E.L Ceyms – 10.5 milyon dollar

“Forbes” qeyd edir ki, bu rəqəmlər 1 iyun 2017-ci ildən 1 iyun 2018-ci ilə kimi olan zaman kəsiyini əhatə edir. Rəqəmlər “NPD BookScan” və “Box Office Mojo”nun statistikalarına əsasən hesablanıb.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia