Cümə axşamı, 15 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Əfqan Muxtarlının ailəsinə zəng etməyə maneə yaradılır

13 Dekabr 2018
A A
Əfqan Muxtarlının ailəsinə zəng etməyə maneə yaradılır

Əfqan Muxtarlı. Foto: Elmir Mirzoyev

Əfqan Muxtarlı Gürcüstandan oğurlanaraq Azərbaycanda məhkəməyə gətirilərkən. Foto: Reuters

Həbsdə olan jurnalist Əfqan Muxtarlının ailə üzvləri ilə telefonla əlaqə saxlamağına maneə yaradılır. Jurnalistin həyat yoldaşı Leyla Mustafayeva Meydan TV-yə deyib ki, qanuna zidd olduğu halda onun telefon danşıqları dinlənir.

“Həbsdə saxlanılan şəxslərin hüquq və azadlıqlarının müdafiəsi haqqında” qanunda məhbusun telefon danışıqlarının dinlənilməsi qadağandır. 16 saylı Cəzaçəkmə Müəssisəsinin əməkdaşı qanunun tələbinə məhəl qoymadan jurnalist telefonla danışdığı zaman onun yanında dayanaraq, dinləyir.

L.Mustafayevanın sözlərinə görə, əvvəlkindən fərqli olaraq hazırda Əfqan Muxtarlıya kart vasitəsilə zəng edib danışmağa icazə verilmir. Zəng poçt vasitəsilə baş tutur ki, bunun da xərci iki dəfə çox olur.

“Ən biabırçı hadisə isə mənim səsimi yazıb, Əfqanın zəng vuranda ona avtomatik qoşmalarıdır. Ancaq həyat yoldaşım bunu hiss edəndən sonra etiraz edib” – Leyla Mustafayeva deyib.

Məhbus jurnalistə yaradılan digər maneə onun zəng üçün cəmi 1 dəfə cəhd etməyə icazə verilməyidir. Əfqan Muxtarlı qarşılaşdığı bu hallarla əlaqədar Ədliyyə Nazirliyinə şikayət hazırlasa da CÇM rəhbərliyi şikayətin göndərilməsinə imkan vermir.

Nə baş verib: Gürcüstanda yaşayan araşdırmaçı jurnalist Əfqan Muxtarlı 2017-ci il mayın 29-da yaşadığı evin yaxınlığında oğurlanıb. Bundan sonra Azərbaycana gətirilib. O, ona dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə (318.1) və qaçaqmalçılıq (206.1) maddələri üzrə təqsirli bilinib və 6 il müddətinə azadlıqdan məhrum edilib.

  • Beynəlxalq hüquq müdafiə təşkilatları Əfqan Muxtarlını siyasi məhbus kimi tanıyır.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia