Çərşənbə, 10 Dekabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Britaniya “Azərbaycanın pulyuyan maşını”na bağlı hesabı dondurur

13 Dekabr 2018
A A
Britaniya “Azərbaycanın pulyuyan maşını”na bağlı hesabı dondurur

"Azərbaycanın pulyuyan maşını". İllustrasiya: Azadlıq Radiosu

Britaniya təhqiqatçıları Azərbaycanın bir neçə milyard dollarlıq çirkli pulyuma mexanizminə bağlı bank hesabını dondurub.

Azadlıq Radiosu yazır ki, araşdırmaçı jurnalistlər pulların həmin sxem vasitəsilə Britaniyada qeydiyyatdan keçmiş əsas dörd saxta şirkət vasitəsilə yuyulduğunu üzə çıxarıblar.

Milli Cinayətkarlıqla Mübarizə Agentliyinin (NCA) çərşənbə günü bildirməsinə görə, Hesabın Dondurulması Orderi «Azərbaycan pulyuyan maşını» ilə əlaqədar ilk addımdır. Bu order təhqiqatçılara şübhəli hallarda hesabları dərhal dondurmağa imkan verir.

200 milyard avroluq qalmaqal

NCA dondurulmuş hesabın Danske Bank-a bağlı olub-olmadığını açıqlamayıb. Kopenhagendə yerləşən bu bank 200 milyard avroluq (227 milyard dollar) çirkli pulyuma qalmaqalının mərkəzində dururdu.

«Azərbaycanın pulyuyan maşını» Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Xəbərləmə Layihəsi (OCCRP) çərçivəsində aparılmış araşdırmanın adıdır. Araşdırmaçı jurnalistlərin bu şəbəkəsi tədqiqatı Danimarkanın «Berlinske» qəzeti və digərləri ilə birlikdə aparıb.

Araşdırmada iddia olunurdu ki, Danske-nin Estoniya filialı Britaniyada qeydiyyatdan keçmiş dörd firmanın hesablarını idarə edib. Azərbaycan elitası həmin hesablar vasitəsilə avropalı siyasətçilərə lobbiçilik məqsədilə pul və bahalı hədiyyələr verib, pul yuyub.

Danske sentyabrda bildirib ki, Estoniya filialı 2007-ci ildən azı 2015-ci ilədək Rusiya kimi ölkələrdən şübhəli transferlərə kömək edib, bəzi qeyri-rezident müştərilər isə Britaniya MMC-ləri və Danimarkanın saxta şirkətlərindən istifadə edib.

Danske 4 şirkətin izinə düşüb

Danske-nin sentyabrda yaydığı daxili hesabatda deyilirdi ki, Estoniya filialının altı müştərisi «Azərbaycan pulyuyan maşını»na bağlı ola bilərdi. Onların hamısı Britaniya MMC-ləri olub.

Hesabata görə, Danske-nin Estoniya filialı 2017-ci ilin aprelində digər bank departamentləri ilə həmin dörd şirkət barədə təhlil paylaşıb. Bu şirkətlərin də son sahibi Azərbaycandan olub, 3 milyard dollarlıq tranzaksiya gerçəkləşdirib.

2014-cü ilədək Estoniyada Danske Bank-da işləmiş britaniyalı Howard Wilkinson şübhəli tranzaksiyalar barədə rəhbərlərinə xəbər verib. O, ötən ay Avropa Parlamentinə deyib ki, illərdir Şotlandiya şirkətləri bu məsələdə istifadə olunur və Britaniyanın qalmaqaldakı rolu “biabırçılıqdır”.

MMC-lər əsas sahiblərinə kimliklərini gizlətməyə imkan verir və onlar anonim şirkətlərə çevrilirlər.

NCA bildirib ki, Britaniyada qeydiyyatdan keçmiş şirkətlərdən istifadəni və Danske qalmaqalına bağlı bir sıra peşəkarları araşdırır. Burda «peşəkarlar» deyəndə inzibati, məşvərət və menecment xidməti göstərən hüquqşünaslardan, agentlərdən, bankirlərdən və müsahiblərdən söhbət gedir.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia