Forbes jurnalı Jurnalistləri Müdafiə Komitəsinin məlumatlarına əsasən ən çox jurnalistin həbs edildiyi ölkələrin siyahısını hazırlayıb.
68 jurnalistin həbsdə olduğu Türkiyə siyahıda birinci yerdədir. 47 jurnalistlə Çin ikinci, 25 jurnalistlə isə Misir üçüncü yerdədir.
Türkiyə, Çin və Misirdəki jurnalistlərin yarısından çoxu artıq 3-cü ildir ki, həbsdədirlər.
Azərbaycan isə bu siyahıda 7-ci yerdədir. Hazırda ölkədə 10 nəfər jurnalist həbsdədir. İlk onluqda Azərbaycanın daha bir qonşusu İran da var. 8 jurnalistin həbs edildiyi ölkə 8-ci yerdədir.