Çərşənbə, 25 İyun 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Şagirdi ilə evlənən müəllim niyə pedofil hesab olunur? İzah edirik!

14 Dekabr 2018
A A
Şagirdi ilə evlənən müəllim niyə pedofil hesab olunur? İzah edirik!

Stock foto. Foto: pixabay

Ən azı 6 ay təkrarlanan seksual meyllər, seksual fantaziyalar, uşaqlarla seksual davranışlar pedofiliya hesab olunur. Kimisə pedofil adlandırmaq üçün onun minimum 16 yaşı olmalıdır və qurbanı ilə arasında ən azı 5 yaş fərqi olmalıdır.

Bu yazını niyə yazdıq: Azərbaycan mediasında mütəmadi olaraq əsasən rayonlarda və kəndlərdə azyaşlı qızların özlərindən yaşca 15-20 yaş böyük adamlarla ailə qurmağı, bu evliliklərin bir qisminin ailədaxili şiddət, zorakılıq və s. bu kimi hallarla müşayiət olunmağı barədə yazılar dərc olunur. Bir neçə gün öncə də özünü baş redaktor kimi təqdim edən bir şəxs bu məzmunda həyat təcrübəsini efirdə bölüşüb. Həyat yoldaşı ilə xanım 7-ci sinifdə oxuyanda nişanlandığını deyib. Xanımını da müəllimlik etdiyi məktəbdə tanıyıb. Onunla yetkinlik yaşına çatdıqdan sonra evləndiyini vurğulasa da bu hal niyə pedofiliya sayılır? Bu, cinayət məsuliyyətinə səbəb olurmu? Olursa, əslində həmin şəxsi hansı cəza gözləməlidir?

Psixoloq Nərmin Şahmarzadə Mikroskopun pedofiliya, onun yaranma səbəbləri ilə bağlı suallarını cavablandırıb.

Pedofillər qurbanının cinsinə görə iki qrupa bölünür; yalnız uşaqlara cinsi meyli olanlar və həm böyüklərə, həm də uşaqlara cinsi meyli olanlar. Onun sözlərinə görə, adətən belə hesab edilir ki, pedofillər yalnız əks cinsdən olan uşaqlara maraq göstərir, halbuki biseksual pedofillər heteroseksual pedofillərdən daha çoxdur.

Pedofillər sadəcə kişilər deyil, qadın pedofillər də var. Məsələn, özündən çox balaca yaşlı, hətta uşaqlarla cinsi əlaqəyə girən, onları manipulyasiya edərək və ya məcburi şəkildə seksual davranış nümayiş etdirən qadın pedofillər də çoxdur. Lakin araşdırmalar göstərir ki, qadınlarda pedofiliyaya daxili meyl azdı və bu hal onlarda nadir hallarda, narkotik vasitələrin istifadəsi, yaxud ağır psixi xəstəliklərin təsiri kimi ortaya çıxır. Kişilərdə isə meyl narkotik maddələrin təsiri olmadan da yarana bilir.

İnsan niyə pedofil olur?

İnsanda pedofiliya meyllərinin əmələ gəlməsinin səbəblərindən biri fizioloji, yəni beyinlə bağlı olandır. Orbital frontal korteksdə, mükafatlandırma mərkəzində və beyincikdə baş verən problemlərdən qaynaqlana bilir. Həmçinin Santral striyatumda boz maddənin həcminin azalması müşahidə olunur. Beynin bu hissələri aludəlik, davranış pozuntusuna ciddi təsir göstərir.

Digər səbəb isə psixolojidir, yəni adətən travmatik uşaqlığa əsaslanır. Bir çox halda keçmişdə yaşıdları tərəfindən döyülən, söz sahibi ola bilməyən, ailədaxili zorakılığa birbaşa və ya dolayı yolla şahidlik edən uşaqlarda pedofillik müşahidə olunur. Psixopat tipli insanlarda da pedofilliyə yüksək meyllilik var.

Bir sıra psixoloq və psixiatrlar hesab edir ki, bu xəstəlik ömür boyu davam edir və onu ömür boyu müalicə etmək lazım olur. Buna baxmayaraq çox az qisim insan sağalmağı bacara bilib.

Qanun nə deyir?

Azərbaycan Cinayət Məcəlləsinin 152-ci maddəsinə görə 16 yaşına çatmayan şəxslə cinsi əlaqə, seksual xarakterli hərəkət etmək 3 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməl 4 yaşına çatmayan şəxsə yönəlirsə, onda cəza daha çox olur – 3 ildən 6 ilə qədər.

Cinayəti törədən müəllim, tərbiyə və tibb işçisidirsə, onda həmin şəxsin ya 3 ilə qədər müəyyən vəzifə tutma hüququ əlindən alınır, ya da 4 ildən 7 ilə qədər azadlıqdan məhrum edilir.

Məcəllədə qeyd olunur ki, bu cinayətlərə görə məsuliyyət həmin əməlləri törədən şəxslə zərərçəkənin yaş fərqi iki ildən çox olanda yaranır.

Ailələr nə etməlidir?

Bəzi hallarda valideynlər uşaqları diqqətlə dinləmədiyi, onlara ittiham etmədən qulaq asmadığı, kifayət qədər sevgi, qayğı vermədikləri üçün uşaqları “sevgi” ilə manipulyasiya etmək asan olur. Bu “sevgi” də onlara qarşı təcavüzə qədər gətirib çıxara bilir.

Müşahidə olunan şeylərdən biri də ailədaxili, qohumluqlardan qaynaqlanan pedofillikdir. Bir çox valideynin ağlının ucundan belə keçməsə də, bu gün Azərbaycanda bir çox uşaq ailə üzvləri, qohumları tərəfindən təcavüzə məruz qalır. Bunu öz hekayələrini bölüşən insanların say çoxluğunu nəzərə alaraq demək olar.

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025
Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA
Araşdırma

Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA

10 Mart 2025
Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar
Detallı

Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar

18 Noyabr 2024
Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya
Detallı

Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya

12 Noyabr 2024
Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib
Detallı

Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib

11 Noyabr 2024

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia