Azərbaycan Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin iclasında 2 vəkilin üzvlükdən çıxarılması üçün məhkəməyə müraciət etmək barədə qərar qəbul edilib.
AzərTAc yazır ki, buna səbəb vəkillərin 6 aydan çox üzvlük haqqını ödəməməsi olub.
Həmçinin 3 vəkilə töhmət, 2 vəkilə xəbərdarlıq verilib. 27 iş üzrə isə pozuntu aşkar edilmədiyi üçün intizam icraatlarına xitam verilib.