Bazar ertəsi, 17 Noyabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Ərdoğan seçkilərdə bayraqları azaldıb pula qənaət etmək istəyir

17 Dekabr 2018
A A
Ərdoğan seçkilərdə bayraqları azaldıb pula qənaət etmək istəyir

Rəcəb Tayyib Ərdoğan. Foto: Anadolu Agentliyi

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) 31 mart seçkiləri ilə bağlı bayraq qənaəti etməyə qərar verib.

NTV Türkiyə yazır ki, ölkə başçısı Rəcəb Tayyib Ərdoğan seçkilər zamanı həddən artıq bayraqdan istifadə edildiyi üçün “vizual çirklilik” yarandığını dilə gətirib.

“Hər dəfə seçki dövründə küçələr partiya bayraqları ilə bəzənir. Biz bununla bağlı tənzimləmələr də hazırladıq, amma heç kim riayət etmədi. Bu, kampaniya formasında bir güc nümayişi olmağa davam etdi. Ancaq hazırda belə təbliğata ehtiyac yoxdur. Bunun çox primitiv olduğunu düşünürük. Bu cür köhnə tərzdəki kampaniya üsulları millətimizin də reaksiyasına səbəb olur. AKP olaraq 31 mart seçkilərindən başlayaraq, “vizual çirklilik” yaradan belə təbliğat üsullarını geridə qoyacağıq” – prezident deyib.

Hakim partiyanın Maliyyə və İnzibati İşlər üzrə məsul sədr müavini Vədat Dəmiröz digər partiyaları da eyni addımı atmağa çağırıb:

“Digər partiyalar da bu qərarı dəstəkləsə, bununla 40-50 milyon lirə qənaət ediləcək. Prezidentin o günkü çıxışından sonra bayraq sifarişlərini dayandırmışıq. Seçkilərdə bayraqlara xərclənən milyonlarla lirəni həm təşkilatımız üçün, həm də vətəndaşlara fərqli xidmətlər göstərmək üçün xərcləyəcəyik”.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia