Bazar ertəsi, 19 May 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Bütün dünyada marixuana niyə leqallaşır?

17 Dekabr 2018
A A
Bütün dünyada marixuana niyə leqallaşır?

Marixuana çəkən xanım. Foto: Ramille Soares / unsplash

Son illər dünyada marixuanaya qarşı münasibət kəskin dəyişib. Hazırda Meksikanın yeni hökuməti də Lüksemburq hökuməti kimi marixuanaya azadlıq verməyi düşünür. Yeni Zellandiyanın prezidenti Kasinda Ardern isə marixuana ilə bağlı qərarı xalqın öhdəsinə buraxmaq üçün referendum keçirməyi planlaşdırır.

Bəs ard-arda bir çox ölkənin marixuanaya qarşı münasibəti yumşaltmasının, hətta onu leqallaşdırmasının səbəbləri nədir? BBC-nin dərc etdiyi məqalənin tərcüməsini təqdim edirik.

Marixuana çəkən xanım. Foto: Ramille Soares / unsplash

1

Narkotika müharibələri

2012-ci ildə Uruqvay marixuanadan istifadəni leqallaşdıran ilk ölkə olacağını açıqladı. Məqsəd mütəşəkkil cinayətkarlıqla narkotik ticarəti arasındakı əlaqələri dövlətin nəzarətinə almaq idi.

Eyni ildə Vaşinqton və Kolorado ABŞ-da marixuanadan qeyri-tibbi məqsədlərlə istifadəni dəstəkləyən ilk ştatlar oldular. Barak Obamanın rəhbərlik etdiyi ABŞ hökuməti marixuanaya qarşı münasibəti yenidən nəzərdən keçirmək üçün bütün dünya ölkələrinə yaşıl işıq yandırdı.
Daha 8 ştat narkotikin leqallaşmasını dəstəklədi. Hazırda 50 ştatın 33-ündə marixuanadan tibbi məqsədlərlə istifadə leqaldır.

Kanadada marixuananın satışına və əyləncə məqsədilə istifadə edilməsinə icazə verildi. Braziliya, Yamayka və Portuqaliya kimi ölkələrdə narkotikin satışı hələ də qadağandır, ancaq istifadəsi leqaldır. İspaniyada da marixuanadan istifadə etmək problemli məsələ deyil. Hollandiyada isə marixuananı hətta qəhvə mağazalarından da almaq olar.

2

Dünyada bu mövzuda dəyişikliyin baş verdiyi bir çox ölkə var:

  • Böyük Britaniyada həkimlərin reseptə narkotik məhsulları yazmağına icazəsi verildi.

  • Cənubi Koreyada da narkotikin tibbi məqsədlə istifadəsi leqallaşdırıldı.

  • Marixuana yağı satan bir gəncə ölüm cəzası verilməsi Malayziyada böyük-səs küyə səbəb oldu və marixuananın leqallaşdırılması məsələsi gündəmə gəldi.

  • Lesoto dərman vasitələrində istifadə üçün marixuana yetişdirilməsini qanuniləşdirən ilk Afrika ölkəsi oldu.

  • Livan isə tibbi məqsədlərlə marixuana əkinçiliyinin ölkə iqtisadiyyatına müsbət təsir etdiyini düşünür.

3

Xəstə uşaqlar

Bir çox ölkədə leqallaşma prosesi xalqın marixuanaya qarşı düşüncəsini yumşaltmaqla başlayıb. Bu məsələdə xəstə uşaqların video və şəkilləri böyük rol oynadı.

ABŞ və Kanadada xəstə uşaqların onları sağaltmaq potensialı olan marixuana tərkibli dərmanlardan məhrum qalmalarını əks etdirən görüntülər ictimai rəyə böyük təsir göstərdi. Proses marixuanadan tibbi məqsədlər üçün istifadənin leqallaşması ilə nəticələndi.

Böyük Britaniyada da ssenari eyni idi. İyun ayında ağır epilepsiya xəstəsi olan 12 yaşlı Billi Kalduelin tərkibində marixuana olan dərmanı əlindən alındıqdan sonra o, xəstəxanalıq oldu. 1 ay sonra 7 yaşlı epilepsiya xəstəsi Alfi Dinqleyə marixuana yağından istifadə edə bilməyi üçün xüsusi lisenziya verildi. Bütün bunlardan sonra Böyük Britaniya hökuməti qanunu dəyişdi, həkimlərə marixuana məhsullarını xəstələrin reseptlərinə yazmaq icazəsi verildi.

Marixuanadan tibbi məqsədlərlə istifadə edilməsinin rəsmiləşməsi, onun əyləncə üçün istifadəsinə reaksiyaları yumşaltdı.

https://www.instagram.com/p/Bl28DEbAaIX/

4

Marixuana bazarı

Bir çox ölkə marixuana bazarında yer tutmaq istəyir və rəqibləri ilə ayaqlaşmağa çalışır.

Böyük şirkətlər də bu bazarda pay sahibi olmaqda maraqlıdırlar. Məsələn, “Marlboro” da daxil olmaqla bir çox məşhur siqaret brendinin sahibi olan “Altria” Kanadadakı marixuana şirkətlərindən birinə 1,86 milyard dollarlıq investisiya qoyub.

ABŞ-da da zaman keçdikcə marixauna ticarəti təkcə tibbi məqsədlər üçün yox, əyləncə sektoru üçün də adi hal alacaq və ölkələr üçün daha böyük bazar açılacaq.

Hazırda buna ən böyük əngəl əyləncə üçün marixuana satışının ölkə sərhədlərindən kənara çıxa bilməməsidir. Çünki ölkələr yalnız Narkotik vasitələrə nəzarət üzrə Beynəlxalq Şuranın nəzarəti altında, xüsusi lisenziya ilə marixuana idxal və ya ixrac edə bilərlər.

5

Marixuananın təsirləri:

  • Narahatlıq və paranoyaya səbəb ola bilir

  • Tütün ilə birgə istifadə edildikdə ağciyər xərçəngi riskini artırır

  • Mütəmadi istifadə zamanı psixotik xəstəliklərə səbəb ola bilər.

  • Bəzi yerlərdə dağınıq skleroz və xərçəngin təsirlərini azaltmaq üçün istifadə edilir.

  • Epilepsiya və HİV/AIDS xəstəliklərinin müalicəsində istifadə edilməsi üçün araşdırmalar aparılır.

Məqalənin yazarı:
Dr. Con Kollins – London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində Beynəlxalq Narkotika Siyasəti Birliyinin icraçı direktoru.

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025
Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA
Araşdırma

Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA

10 Mart 2025
Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar
Detallı

Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar

18 Noyabr 2024
Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya
Detallı

Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya

12 Noyabr 2024
Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib
Detallı

Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib

11 Noyabr 2024
Ərkivan qəsəbəsində sakinlər evlərinin yanında tır parkı salınmasından narazıdır
Xəbər

Ərkivan qəsəbəsində sakinlər evlərinin yanında tır parkı salınmasından narazıdır

09 Noyabr 2024

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia