ABŞ prezidenti Donald Tramp bu gün Kosmik Qüvvələr Komandirliyinin yaradılması barədə fərman imzalayıb.
NTV yazır ki, prezidentin bu addımının səbəbi son vaxtlar Rusiya və Çinin kosmosla bağlı bir çox layihələrə imza atmağıdır.
Mütəxəssislər bunu növbəti dünya müharibəsinin kosmosda baş verəcəyinə bir işarə kimi qiymətləndirir.
Nə baş verib: Tramp bir müddət əvvəl ABŞ Müdafiə Nazirliyinə (Pentaqon) ABŞ ordusunun 6-cı şöbəsi olacaq Kosmik Qüvvələrin təşkil olunması barədə tapşırıq vermişdi.