Gürcüstan Apelyasiya Məhkəməsi Fərman Ceyranlının həbs cəzasını 6 ildən 2il 3 aya endirib.
Meydan TV yazır ki, məhkəmə azərbaycanlı cərrahla bağlı bu gün qərar çıxarıb. Apelyasiya şikayətində cərrahın dərhal azadlığa buraxılması tələb edilib.
18 aydır həbsdə olan F.Ceyranlının 2 il 3 aylıq cəzası gələn ilin avqustunda başa çatacaq.
Nə baş verib: “Lancet” klinikasının yaradıcılarından biri olan Fərman Ceyranlı 2017-ci ilin mayında saxlanılıb. O, Gürcüstan Cinayət Məcəlləsi ilə dələduzluqda, insanların həyatı və sağlamlığına təhlükə yaradan informasiyanı gizlətməkdə ittiham olunub.
Tbilisi Şəhər Məhkəməsinin 2018-ci il fevralın 8-də çıxardığı qərara əsasən o, 6 il müddətinə azadlıqdan məhrum edilib. Fərman Ceyranlı Azərbaycanın sifarişi ilə həbs edildiyini deyir.