Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalar üzrə Federal Xidməti (Roskomnadzor) 2019-cu ildə “Telegram” kimi qanunsuz hesab etdikləri saytlara qarşı mübarizədə yeni texnologiyadan istifadə etməyə hazırlaşır.
BBC-nin rus xidməti yazır ki, rusiyalı rəsmilər yeni texnologiyaların tətbiqi üçün təxminən 20 milyard rubl pul ayırmağı planlaşdırır. Yeni texnologiyanın dərin yoxlamaya və ya DPI-ya (dots per inch) əsaslandığı bildirilir.
Hazırda əlindəki vasitələr səmərəsiz olduğuna görə, Roskomnadzor “Telegram”a qarşı mübarizə aparmır. Lakin DPI-ya əsaslanan texnologiya vəziyyəti kökündən dəyişəcək və saytlara qarşı təzyiqin güclənməsinə imkan verəcək.
Laboratoriya sınaqları bu ilin avqustunda başlayıb, noyabrda isə artıq həmin avadanlıqlar Rusiya şəhərlərindən birinə yerləşdirilib.