Bazar ertəsi, 11 May 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Yeni qaydalara görə Britaniyada iş vizası almaq necə mümkün olacaq?

22 Dekabr 2018
A A
Yeni qaydalara görə Britaniyada iş vizası almaq necə mümkün olacaq?

Foto: GETTY IMAGES

Kimlər Böyük Britaniyadan 1 illik iş vizası ala bilər?

Yeni Brexit-dən sonra immiqrasiya qaydalarına əsasən, on minlərlə aşağı ixtisaslı miqrant bir il müddətinə işləmək üçün Böyük Britaniyaya gedə bilər. Bu qayda 2025-ci ilə qədər qüvvədə olacaq.

Daxili işlər naziri Sacid Cavid deyib ki, yeni sistem miqrantların haradan gəldiyindən daha çox, Böyük Britaniyanın nəyə ehtiyacının olduğuna əsaslanır.
Yeni sistemi immiqrasiya siyasətinin ən sarsıdıcı qərarlarından biri kimi qiymətləndirən nazir bildirib ki, Böyük Britaniyanın miqrant sayını azlatmaq hədəfi yoxdur. Ancaq bu yeniliklərdən sonra miqrant sayında azalma müşahidə ediləcək.

Ağ kağızda aşağıdakılar nəzərdə tutulur:

  • Mövcud limiti Avropa Birliyi ölkələrindən və digər yerlərdən gələn yüksək ixtisaslı işçilərin (həkimlər və ya mühəndislərin) sayına uyğunlaşdırmaq.

  • Beş illik viza istəyən ixtisaslı miqrantlar üçün 30 min avroluq minimum əmək haqqı tələbi üzrə konsultasiya.

  • Avropa Birliyi ölkələrindən gələnlərə viza lazım olmayacq, çünki 2021-ci ildən yeni sistemə keçmək planlaşdırılır.

Aşağı ixtisaslı işçilər üçün 12 aylıq viza

Rəsmilər bildirir ki, bundan sonra aşağı ixtisaslı işçilər Böyük Britaniyada daimi yaşaya bilməyəcəklər. Ancaq keçid dövrü ərzində həm Avropa Birliyinin, həm də “az riskli digər ölkələr”in vətəndaşları iş təklifi olmadan 1 illik Britaniyaya gəlib iş axtara biləcəklər.

Bir ildən sonra həmin şəxslər ölkədən çıxmalıdırlar. Ən əsası da onlar Böyük Britaniyaya gəlmək üçün yenidən müraciət etmək istəyəndə 12 ay gözləməli olacaqlar.

“Migration Watch” isə bildirir ki, 1 ildən sonra insanların ölkəni tərk etdiyinə əmin olmağın hər hansı üsulu yoxdur. Ona görə də Böyük Britaniyanın aşağı ixtisaslı şəxsləri də ölkəyə qəbul etməsi riskli qərar kimi qiymətləndirilir.

Yüksək ixtisaslı işçilərə məhdudiyyət yoxdur

Ağ Kağız Avropadan və kənardan gələn yüksək ixtisaslı miqrantlar üçün yeni viza rejimi təqdim edir.
Belə ki, yüksək ixtisaslı işçilər qoyulan 20,700 nəfərlik mövcud həddi keçmək nəzərdə tutulur.

Kimlər yüksək ixtisaslı işçi sayılır: 5 il müddətində Avropa İqtisadi Sahəsi və İsveçrədən kənarda olan hər bir şəxs “Tier 2” ümumi iş vizası üçün müraciət etmək hüququna malikdir.
Onlar mütləq Böyük Britaniyadan iş təklifi almalıdırlar.
Yüksək ixtisaslı işçilər kateqoriyasına həkimlər, tibb bacıları, musiqiçilər, təyyarə pilotları, brokerlər, kitabxanaçılar, jurnalistlər, qida müfəttişləri, sosial işçilər, memarlar, hüquqşünaslar və digərləri daxildir.

Miqrantlara 30 min avro illik maaş verilməyi planlaşdırılır və bu da bəzi qurumları, işçi qruplarını narahat edir. Onlar bu məbləğin azaldılmalı olduğunu, əks halda işəgötürənlərin çətin vəziyyətdə qalacaqlarını deyirlər.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia