Çərşənbə axşamı, 24 İyun 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

“The Guardian” Arzu və Leyla Əliyeva bacılarının Londonda almaq istədiyi 60 milyon funtluq evdən yazıb

21 Dekabr 2018
A A
“The Guardian” Arzu və Leyla Əliyeva bacılarının Londonda almaq istədiyi 60 milyon funtluq evdən yazıb

Leyla, Mehriban və Arzu Əliyevalar. Foto: Chris Jackson / Getty Images

Leyla, Mehriban və arzu Əliyevalar. Foto: Chris Jackson / Getty Images

Azərbaycan prezidentinin qızları gizli ofşor şirkətlərindən istifadə etməklə Londonda 60 milyon funt dəyərində əmlak almaq istəyib. “Pul yuyulması riski olan” hadisə kimi qiymətləndirilən məsələ barədə məhkəmədə bildirilib. The Guardian yazır ki, Leyla və Arzu Əliyevalar 59 milyon funta iki ədəd lüks Knightsbridge mənzili alıb və onu 3 milyon funt xərcləməklə birləşdirib bir evə çevirmək istəyib.

Bu razılaşma prezident İlham Əliyevin ailəsinin Britaniyada özlərinin çoxmilyonluq daşınmaz əmlak portfoliosuna 2015-ci ildə etdiyi sonuncu əlavə idi.

Leyla Əliyeva satınalma işinə azərbaycanlı biznesmen və pop ulduz olan həyat yoldaşı Emin Ağalarovla boşanması ərəfəsində başlayıb. Ağalaraovun atası Araz Moskvada yaşayan və inşaat sektorunda çalışan biznesmendir və o, 2013-cü ildə indiki ABŞ prezidenti Donald Trampın “Kainat gözəli” yarışması üçün Rusiyaya səfərini təşkil edib.

Detallar nizam-intizam məhkəməsində ortaya çıxıb, məlum olub ki, əməliyyatları vəkil Xalid Şərif aparıb. Şərif Child & Child firmasının partnyorudur və o, pulyuma qəbzlərinə nəzarəti edə bilmədiyini və peşə kodeksini pozduğunu etiraf edib.

Məhkəmə onu 45 min funt və 40 min funt dəyərində cərimələyib. O, Guardian qəzetinin 2016-cı ilin aprelində və eləcə də digər media orqanlarının dərc etdiyi Panama Papers materiallarından sonra cəzalandırılan ilk britaniyalı peşəkardır.

Child & Child şirkətinin London ofisinin yaxınlığında alınan lüks mənzillərdən görünən mənzərə Buckingham sarayının bağıdır. Müqavilələr dəyişdirildikdən sonra Əliyeva bacıları hissə-hissə ödənişə başlayıb və 10 milyon funtdan çox köçürmə edib. Danışıq 2016-cı ildə onların sahibkarlığı aşkarlanandan sonra yarımçıq qalıb.

Azərbaycanı 2003-cü ildən bəri idarə edən İlham Əliyevin hakimiyyəti dövründə onun qızları böyük biznes imperiyası yaradıb. Əliyevin qızlarının Londonun şimalında, Hampstead Heathdə 17 milyon funtluq imarəti, Hyde Parkda isə lüks mənzili var. Üstəgəl bacılar Moskva, Dubay və Çexiyada da müxtəlif imarətlərin sahibidir.

Xalid Şərif həmçinin Marandidən Mircəlal Paşayevə hədiyyə kimi sənədləşdirilən və Londondakı 3.5 milyon funtluq ev üçün də ikinci köçürməni təşkil edib. Paşayev Azərbaycanın birinci xanımı və vitse-prezident Mehriban Əliyevanın əmisi oğludur. 3 yataq otaqlı olan və Hans Place 31 ünvanında yerləşən mənzil bir qeyri-şəffaf hüquqi şəxsdən digərinə köçürülüb.

Məhkəmədə bildirilib ki, Paşayev bundan öncə Bakıda Marandiyə mənzil hədiyyə edib və bu, “ad günü hədiyyəsi” olub.
Əliyeva bacıları mövzu ilə bağlı suallara cavab verməyib.

Leyla Əliyevanın Rusiya və Britaniyada yaşamağa üstünlük verdiyi deyilir. O, şairə və rəssamdır, həmçinin şahzadə Endru, lord Mandelson və Elizabet Mudrokla dostluq edir.

ABŞ-dan sızan diplomatik sənədlər göstərir ki, prezident Əliyev Azərbaycanın ən varlı adamıdır. Qeyd olunur ki, o, hakimiyyətə gələndən sonra 2003-cü ilə qədər ki, aktivlərini həyat yoldaşının adına keçirib. Ölkənin siyasi sistemi “feodal” kimi qiymətləndirilir və sənədlərdə deyilir ki, iqtisadiyyatın bütün sahələri yaxşı əlaqələri olan bir neçə ailə tərəfindən idarə olunur.

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025
Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA
Araşdırma

Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA

10 Mart 2025
Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar
Detallı

Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar

18 Noyabr 2024
Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya
Detallı

Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya

12 Noyabr 2024
Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib
Detallı

Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib

11 Noyabr 2024

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia