Cümə, 18 İyul 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Avropa Məhkəməsinin qərarı ilə ödənməli olan kompensasiyalar niyə gecikir? İzah edirik!

22 Dekabr 2018
A A
Azərbaycan hökuməti 11 nəfərə 64 min avro kompensasiya ödəyəcək

Avropa Məhkəməsi. Foto: John Edward Linden

Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanla bağlı çıxardığı kompensasiya qərarları necə icra olunur? Ödəmələrdəki gecikmələrin səbəbi nədir? Bunun üçün ayrılan vəsait büdcənin hansı hissəsində qeyd edilir?

Dekabrın 13-ü Avropa Məhkəməsi bir qrup jurnalist və hüquq müdafiəçisinə Azərbaycanın kompensasiya ödəməli olduğu barədə qərar çıxardı. Amma qərarda göstərilən məbləğin həmin şəxslərə nə vaxt veriləcəyi və bunun tam ödənib-ödənməyəcəyi məlum deyil. Çünki təcrübə göstərir ki, bu qərarlar adətən çox gec icra olunur və məbləğ hissə-hissə ödənir.

Təzəxan Mirələmli:

Kompensasiyanın ödənməsinə başlanılıb çox gec, yəni 2018-ci ilin aprel ayından ödənilmə başladı. Aprelində 2000, may ayında 2000, iyun, iyul, avqust aylarında isə 1500 avro ödənilib. Birinci işdən hardasa 3500 ödənilməmiş məbləğ qalır, avro ilə. Təbii ki, cərimələr də qalır. İkinci işlə bağlı isə heç bir ödəniş olunmayıb.

İqtisadçı ekspert Nazim Bəydəmirli deyir ki, prosedura görə məhkəmənin qərarı Maliyyə Nazirliyinə çatdırılır və nazirliyin xəzinədarlıq idarəsi ödəməni reallaşdırır. Ödəmələr üçün dövlət büdcəsindən ayrılan vəsait 2017-ci ildə 1 milyon manat, 2018-ci ildə isə 2 milyon manatdan çox olub.

Azərbaycanın İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında daimi nümayəndəsi Çingiz Əsgərov jurnalistlərə açıqlamasında deyib ki, ödəmələrdə gecikmə yoxdur və əgər bu baş verərsə, sadəcə məbləğin üstünə cüzi faiz gəlir.

Türkel Azərtürk:

Qərarın sonunda isə göstərilir ki, bu təzminat 3 ay müddətinə ərizəçilərə ödənilməlidir. Əks təqdirdə məbləğin ödənilmədiyi hər günə görə əlavə faizlər hesablanacaq. Bu işlə bağlı da Azərbaycan hökuməti bizə cərimələri 2 il yarım müddətinə ödədi və nəticədə bizə əlavə faizlər də ödəmək məcburiyyətində qaldı.

Hüquqşünas Xalid Bağırov deyir ki, Azərbaycanda Avropa Məhkəməsinin qərarlarının icrası ilə bağlı xüsusi qanun qəbul edilməyib. Bu öhdəlik birbaşa Avropa İnsan Hüquqları Konvensiyasının 46-cı maddəsilə nizamlanır. Qərarların icrasına isə Avropa Şurası Nazirlər Komitəsi nəzarət edir. Hüquqşünas ödmələrdə gecikmənin əsasən siyasi fəaliyyətlə bağlı işlərdə olduğunu vurğulayır.

Xalid Bağırov:

Hazırkı ödənişlərə diqqət yetirəndə, monitorinq edəndə ki, hansı qaydada ödənilir. Məsələn, siyasi kimlikləri olan və etirazçı kəsimə aid olan adamların kompensasiyaları, məsələn, 2016-cı ildə belə qərarı çıxıb, bu günə qədər tam ödənilməyib. Amma 2017-də qərarı çıxmış, heç bir siyasi kimliyi olmayan adi bir vətəndaş olan şəxsin kompensasiyaları tam şəkildə ödənilib. Bu da göstərir ki, kompensasiyaların ödənişindəki gecikmələr daha çox siyasi səbəblərdən qaynaqlanır, nəinki iqtisadi, maliyyə, ölkənin maliyyə vəziyyəti ilə bağlı.

Kompensasiyanı əldə etməyə əngəl təkcə gecikmə deyil. Bunun jurnalist Xədicə İsmayıl nümunəsi də var. Məsələn, onun hesabına həbs qoyulduğu üçün jurnalist bu hesaba köçürülən 7 min avro kompensasiyadan istifadə edə bilmir.

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025
Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA
Araşdırma

Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA

10 Mart 2025
Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar
Detallı

Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar

18 Noyabr 2024
Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya
Detallı

Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya

12 Noyabr 2024
Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib
Detallı

Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib

11 Noyabr 2024

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia