İndoneziyada Sunda boğazı sahillərində baş verən sunami nəticəsində ölənlərin sayı 429-a çatıb.
Euronews yazır ki, yaralıların sayı isə 1400-ü keçib.
128 nəfərin itkin olduğu ərazidə axtarış və xilasetmə işləri davam etdirilir.
Sunami nəticəsində Sumatra və Java adaları sahillərindəki qəsəbələr su altında qalıb.