Vergidən yayınma halları ilə bağlı xəbər verən şəxslər gələcəkdə mükafatlandırıla bilər.
Report yazır ki, bunu Vergilər Nazirliyinin Vergi Siyasəti Departamentinin baş direktoru Samirə Musayeva deyib. Onun sözlərinə görə qanunvericilikdə vergidən yayınmanın qarşısının alınması ilə bağlı “vergi xəbərçiliyi” nəzərdə tutulub, amma mükafatlandırma mexanizmi yoxdur.
“Bu sahə bizdə yeni olduğu üçün düşünürəm ki, gələcəkdə bu məsələ həllini tapa bilər” – S.Musayeva deyib.