Yaponiyada 2019-cu ildən etibarən balina ovu sənayesi bərpa ediləcək.
Sputnik Türkiyə yazır ki, hökumətin bəyanatına əsasən ölkə Beynəlxalq Balina Sənayesi Komissiyasından (IWC) çıxacaq.
Heyvan hüquqları müdafiəçilərinin və ekoloqların etirazları hökumətin qərarını dəyişməyib. Yaponiyanın Nazirlər Kabinetinin Baş katibi Yosihide Suqanın sözlərinə görə balina ovu yalnız Yaponiyaya aid ərazi sularında və iqtisadi zonada edilə biləcək.
Yaponiyanın 30 ildən sonra yenidən balina ovuna başlamasına Avstraliya və Yeni Zellandiya hökuməti də münasibət bildirib. Hər iki ölkə bu qərarı yenidən nəzərdən keçirməyi məsləhət görüb.
Yerli əhali isə hökumətin qərarını dəstəkləyir və balina ovunun xalqın adət-ənənələrinin bir hissəsi olduğunu deyirlər.