Bazar, 25 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

AXCP fəalı Fuad Əhmədli “kars”a salınıb

27 Dekabr 2018
A A
Fuad Əhmədli: Ərizəni verməkdə məqsədim məhkəmə prosesində dostlarımı görmək idi

Fuad Əhmədli. Foto: şəxsi arxiv / facebook

AXCP Gənclər Təşkilatının üzvü Fuad Əhmədli 26 dekabrda “kars”a salınıb.

Meydan TV yazır ki, bu barədə məhbusun atası Zəfər Əhmədli məlumat verib.

Onun sözlərinə görə, oğlu ilə sonuncu dəfə dekabrın 24-ü telefonla əlaqə saxlayıb. Növbəti danışıq dünən planlaşdırılırdı, amma zəng gəlməyib:

“Sonra məlumat aldıq ki, 3 günlük “kars”a salınıb. Özü də sonuncu dəfə danışanda narahatlıqlar olduğunu demişdi, konkret olaraq, ona məhdudiyyətlər qoyulub. Dünən 16 saylı Cəzaçəkmə Müəssisəsinin əməliyyat şöbəsinə çağırıblar, sonra cəzalandırıldığı məlum olub. Ancaq səbəbini bilmirik”.

Z.Əhmədli düşünür ki, Siyasi Məhbusları Müdafiə Mərkəzinin bu ilin hesabatını açıqladığı gün oğlunun “kars”a salınması təsadüfi deyil.

“Hesabatda Penitensiar Xidmətin bir çox rəsmisinin adı var, bu da onları qıcıqlandırır. Bu amilin də nəticəsi ola bilər”.

Penitensiar Xidmət nə deyir: Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov hər hansı qərəzin olmadığını deyib:

“Sadəcə, məhbuslar qanuni intizam qaydalarına riayət etsinlər. Əgər məhkum ona qarşı qanunsuzluq olduğunu düşünürsə, şikayət etsin, araşdıraq, ya da məhkəməyə müraciət etsin”.

Nə baş verib: Fuad Əhmədli 2016-cı il avqustun 18-də saxlanılıb. Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluğun birgə yaydığı məlumata görə, o, “Azərfon” MMC-də çalışdığı müddətdə abonentlərin şəxsi məlumatlarını üçüncü şəxsə ötürüb. Fuad Əhmədlinin mənzilində axtarış zamanı din xadimi Fətullah Gülənin çıxışlarının olduğu kitablar, CD-disklər tapıldığı bildirilir. Partiya fəalı Cinayət Məcəlləsinin 302-ci (əməliyyat-axtarış fəaliyyəti üzrə qanunvericiliyi pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edilir. O, 4 il müddətinə azadlıqdan məhrum edilib.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia