Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Suriyanın paytaxtı Dəməşqdəki səfirliyini yenidən açıb.
Euronews yazır ki, BƏƏ Xarici İşlər Nazirliyi bu addımla iki ölkə arasındakı əlaqələrin normallaşacağını, regional risklərin azalacağını bəyan edib.
Nə baş verib: 2011-ci ildə Bəşər Əsəd hakimiyyətinə qarşı başlayan üsyanlardan sonra BƏƏ səfirliyi bağlanıb. BƏƏ Əsəd rejimi ilə mübarizə aparan silahlı qrupları dəstəkləyən ölkələr arasında idi.