Müsavat Partiyasının Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqbəylinin istintaqı bitdiyi halda ona hələ də görüş və telefonla danışıq qadağası var.
Fəalın qardaşı Vasif Sadıqbəyli Mikroskop-a deyib ki, müstəntiq istintaqın bitdiyi barədə Kürdəxanı istintaq təcridxanasına da rəsmi məktub göndərib:
“Əslində istintaq fevralda bitməli idi, amma müstəntiq işi tez bitirib, rəsmi məktub da göndərib. Qanunla indi görüş və telefonla danışıq qadağası olmamalıdır. Amma Kürdəxanı rəhbərliyi qadağaları götürmür, hələ üstəlik kitab qadağası da qoyur. Gətirdiyim kitablar Əbülfəzə verilmir. Halbuki onlar rəsmi qadağan olunmuş kitablar deyil”.