Şənbə, 17 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Yol polislərinin yeni avtomobillərinə nə qədər pul xərclənib?

27 Dekabr 2018
A A
Yol polislərinin yeni avtomobillərinə nə qədər pul xərclənib?

İlham Əliyevə yol polisi əməkdaşları üçün alınan yeni avtomobillər təqdim olunur. Foto: president.az

https://www.facebook.com/MikroskopMedia/videos/2120366828278175/

Ötən gün İlham Əliyev Polis Akademiyasının yeni tədris binasının açılışında iştirak edəndə ona həm də yol polisi əməkdaşları üçün alınan yeni avtomobillər təqdim olunub. DİN Baş Dövlət Yol Polis İdarəsinin Yol Patrul Xidməti və Post Patrul Xidməti üçün birlikdə 178 ədəd avtomobil alınıb.

Bu avtomobillər neçəyədir?

YPX üçün alınan 118 avtomobildən 75-i “Mercedes” C-300 modelidir. Bu model maşınların Azərbaycanda satış qiyməti 98 min manatdır. Yerdə qalan avtomobillərdən 4 ədədi E-450 modelidir ki, onun da qiyməti modelin növündən asılı olaraq 120 min manatdan başlayır. YPX əməkdaşları üçün hansı növ E-450 alındığı barədə ətraflı məlumat yoxdur.

Son 39 avtomobil isə eyni markanın E-350 modelidir. Bunun da qiyməti 100 min manatdan çoxdur.

Ümumilikdə YPX üçün alınan 118 avtomobilə orta hesabla 11 milyon 730 min manat xərclənib.

PPX üçün alınan 60 ədəd “Mercedes” Citanın qiyməti 20-25 min manat arasında dəyişir. Bu da 1 200 000 – 1 500 000 manat arası xərc tələb edir.

Azərbaycanla İranın birgə avtomobil zavodu Azərmaşın istehsalı olan Khazar LD avtomobilinin qiyməti 18 min manatdır. Bu maşınlar bu ilin avqustundan satışa çıxarılıb.
DİN əməkdaşları üçün neçə ədəd Khazar LD alındığı barədə məlumat yoxdur.

Yol polisi maşınlarında son yenilənmə nə vaxt olub?

Sonuncu dəfə 2017-ci ilin noyabr ayında yol polisi əməkdaşlarına yeni maşınlar alınıb. Bu, “Mercedes” AMG C43 markalı avtomobil idi və həmin vaxt onun satış qiyməti 100 min manat olub. İndiyədək DYP-nin Yol Patrul Xidməti avtomobilləri əsasən BMW və KİA markalı maşınlar olub.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia