İki gündür harada olduğu bilinməyən hüquq müdafiəçisi Taleh Xasməmmədovun barəsində cinayət işinin açıldığı bəlli olub.
DİN-in mətbuat xidmətindən “Report”a verilən məlumata görə Taleh Xasməmmədovun bir nəfərdən rüsvayedici məlumatlar yayacağı hədəsi ilə 1000 manat pul alarkən polis tərəfindən saxlanılıb.
Hüquq müdafiəçisi barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.
Taleh Xasməmmədov bundan əvvəl 2011-ci il noyabrın 12-də həbs olunub. O polisin otağında xuliqanlıq etməkdə günahlandırılaraq 4 il müddətinə azadlıqdan məhrum edilib.
17 mart 2016-cı ildə əfv edilərək azadlığa buraxılıb.