Bu gün Bakı Apelyasiya məhkəməsində Müsavat Partiyası Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqbəylinin ev dustaqlığına buraxılması ilə bağlı Səbail rayon məhkəməsinin qərarından verilən şikayətinə baxılıb.
Müsavatçının qardaşı Vasif Sadıqbəyli facebook-da yazıb ki, məhkəmənin başlamasına yarım saat qalmış onlara məhkəmə barədə məlumat verilib.
Məhkəmə ev dustaqlığı ilə bağlı şikayəti rədd edib.
Nə baş verib: Noyabrın 21-də Səbail Rayon Məhkəməsi Ə.Sadıqbəyli barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya ondan istifadə) maddələri ilə ittiham olunur.
* Əbülfəz Sadıqbəyli ittihamı qəbul etmir və Müsavatdakı fəaliyyəti ilə əlaqələndirir.
Buna da bax: Əbülfəz Sadıqbəyliyə ailəsi ilə görüşə icazə verilmir