Sosial şəbəkə istifadəçiləri həbsdə aclıq akasiyası keçirən bloqqer Mehman Hüseynova dəstək aksiyası başladıb. Instagram sosial şəbəkəsinin istifadəçiləri prezidentin qızı Leyla Əliyevanın rəsmi hesabına daxil olaraq paylaşımların şərh bölməsində Mehmanı azad etməyi tələb edən şərhlər yazır.
İstifadəçilərin dediyinə görə onların bir qisminin yazdığı şərhlər silinib.
#Azerbaijan Sosial şəbəkə istifadəçiləri aksiyaya başlayaraq Leyla Əliyevanın rəsmi instagram hesabına Mehman Hüseynovun azadlığını tələb edən şərhlər yazırlar. #FreeMehman #HumanRights pic.twitter.com/Khbd1OIEuT
— Mikroskop Media (@MikroskopMedia) January 3, 2019
Buna da bax: Mehman Hüseynova görə etiraz aksiyası keçirilib, saxlanılanlar var
Nə baş verib: Video-bloqqer Mehman Hüseynov həbs müddətinin bitməyinə iki ay qalmış yeni cinayət işində ittiham olunub. Penitensiar xidmətin yaydığı məlumata görə, o, 14 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşına xəsarət yetirib və otaqdakı əşyaları dağıdıb.
Cinayət Məcəlləsinin 317.2-ci (cəzaçəkmə müəssisəinin əməkdaşına təhlükəli şəkildə zor tətbiq etmək) maddəsi ilə cinayət işi qaldırılıb. İttiham təsdiqini taparsa, bloqqeri 5 ildən 7 ilə qədər həbs gözləyir.