Bazar ertəsi, 22 İyun 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Azərbaycan 2018-ci ildə 37 hərbi qulluqçusunu itirib

04 Yanvar 2019
A A
Azərbaycan 2018-ci ildə 37 hərbi qulluqçusunu itirib

2018-ci ildə Azərbaycan 37, Ermənistan isə 45 hərbi qulluqçusunu itirib. İnfoqrafika: mikroskop media

Xəzər Hərbi Tədqiqatlar İnstitutu 2018-ci ildə Azərbaycan və Ermənistan ordusunda ölən hərbi qulluqçuların statistikasını açıqlayıb. İnstitutun yayadığı məlumata görə, ötən il Azərbaycan ordusu 37 hərbçisini itirib ki, onlardan 6-ı Ermənistan tərəfinin açdığı atəş nəticəsində ölüb. Qarşı tərəfdə isə bu rəqəm 7-dir. Ümumilikdə isə 2018-ci il ərzində Ermənistan ordusunun 45 hərbçisi dünyasını dəyişib.

Qeyri-döyüş şəraitində həlak olan hərbçilərin ölüm halları müxtəlif səbəblərdən baş verib. Bunlar intihar, əsgər yoldaşı tərəfindən qətlə yetirilmə, xəstəlik, avto-qəza, mina partlayışı, təhlükəsizlik qaydalarını pozma və s.dir.

Azərbaycan ordusunda ölənlərin 32 nəfəri Müdafiə Nazirliyinin, 3 nəfər Dövlət Sərhəd Xidmətinin, 1 nəfər Daxili Qoşunların, 1 nəfərsə Hərbi Prokurorluğun hərbi qulluqçuları olublar. Müdafiə Nazirliyi ona aid olan 32 ölüm hadisəsinin 20-si barədə hər hansı açıqlama verməyib.

Ermənistan ordusunda isə ölənlərin hamısı Ermənistan Müdafiə Nazirliyinin (o cümlədən Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisindəki hərbi birləşmələrin) hərbi qulluqçuları olub. İnsidentlərin 24-ü Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik rayonların ərazisində, 21-i isə Ermənistan ərazisində baş verib.

Yaralanan və xəsarət alan hərbi qulluqçuların sayı isə Ermənistan ordusunda 25, Azərbaycan ordusunda isə 21 nəfərdir.

2017-ci illə müqayisə: 2017-ci ildə Azərbaycanın Təhlükəsizlik və Müdafiə sektorunda ən azı 59 hərbi qulluqçu ölüb. Onlardan 19 nəfəri döyüş, 40 nəfəri isə qeyri döyüş itkisi idi. Həmin il Ermənistanda ordusu da bərabər sayda itki verib. Ölən hərbçilərdən 22-si döyüş, 37 nəfəri isə qeyri-döyüş şəraitində həyatını itirib.

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?
Detallı

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?

16 İyun 2026
Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü
535.1

Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü

16 İyun 2026
“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia