Bazar ertəsi, 11 May 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Saxlanılan aksiya iştirakçısı uşağına görə bağçaya zəng etmək istəsə də icazə verilməyib

04 Yanvar 2019
A A
Saxlanılan aksiya iştirakçısı uşağına görə bağçaya zəng etmək istəsə də icazə verilməyib

Mehman Hüseynova azadlıq tələbi ilə keçirilən aksiyada polis etirazçını həbs edir. Foto: Ramin Deko

Bloqqer Mehman Hüseynova dəstək askiyasında həbs olunan etirazçılara və jurnalistlərə yaxınları ilə əlaqə saxlamağa imkan verilməyib. Bu barədə aksiya zamanı saxlanılan jurnalist Sevinc Vaqifqızı Facebook-da yazıb. Onun sözlərinə görə, jurnalist Nizami rayon 24-cü polis bölməsinin qarşısında Təcili Tibbi Yardım maşınını çəkən zaman polis telefonunu əlindən alıb.

Özümü də dartışdıra-dartışdıra bölməyə apardı. Polisin telefonumu eşələdiyini görüb tələb elədim ki, özümə qaytarsın, amma qaytarmadı. Polisə düşəndə saat 14:30 idi, polisdən çıxanda 22:40. Bu müddətdə saxlanılan 15 nəfərə valideynləri, dostları ilə əlaqə saxlayıb harada olduqlarını deməyə imkan vermədilər.

Aksiya iştirakçısı Gülnarə Akifqızı uşaq bağçasından uşağını götürməli olsa da ona bağçaya zəng etməyə icazə verilməyib. Həmçinin Pərvin Abışovanın uşağı evdə tək qalıb və polis xanımın evə kimisə göndərməyinə şərait yaratmayıb.

Buna da bax: Mehman Hüseynova görə etiraz aksiyası keçirilib, saxlanılanlar var

S.Vaqifqızının sözlərinə görə, 54 yaşlı Elmixan Ağayev isə polis zorakılığına məruz qalıb, onun qolu burulub. Səxavət Nəbiyəv və Fatimə Mövlamlı isə polis maşınında zorakılıq və təhqirlə üzləşib:

Polislər də deyirdi ki, qadınsınız, gedin evdə yeməyinizi bişirin, sizin aksiyada nə işiniz var. Xanımlar da dedi, Mehman 8 gündür acdır, ona görə boğazlarından yemək keçmir. Etiraz etmək isə onların təbii haqqıdır.

Buna da bax: Sosial şəbəkə istifadəçiləri Leyla Əliyevadan Mehman Hüseynovu azad etməyi tələb edir

Nə baş verib: Video-bloqqer Mehman Hüseynov həbs müddətinin bitməyinə iki ay qalmış yeni cinayət işində ittiham olunub. Penitensiar xidmətin yaydığı məlumata görə, o, 14 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşına xəsarət yetirib və otaqdakı əşyaları dağıdıb.

Cinayət Məcəlləsinin 317.2-ci (cəzaçəkmə müəssisəinin əməkdaşına təhlükəli şəkildə zor tətbiq etmək) maddəsi ilə cinayət işi qaldırılıb. İttiham təsdiqini taparsa, bloqqeri 5 ildən 7 ilə qədər həbs gözləyir.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia