Şənbə, 17 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Mehman Hüseynov: Martın 2-də azadlığa buraxılmasam, başqa cür hərəkət edəcəm

05 Yanvar 2019
A A
Mehman Hüseynovun vəkilinə onunla görüşə icazə verilməyib

Mehman Hüseynovun vəkili Şəhla Hümbətova. Foto: screenshot / Turan

Həbsdə aclıq aksiyası keçirən bloqqer Mehman Hüseynovun vəkili Şəhla Hümbətova dünən onunla görüşüb. Vəkilin Facebook-da yazdığı məlumata görə, Mehman Hüseynovun səhhəti yaxşı deyil:

“Çox zəifdir, amma özü köməksiz ayaqda dayanır və yeriyə bilir. Rəngi çox ağarıb, dodaqları qup-qurudur, çatlayıb və göy rəngdədir. Gözlərini çətinliklə açıq saxlaya bilir, danışmaq da çətindir. Mədəsi ağrıyır, dedi ki, çox acı dad hiss edir ağzında və s. Az-az su içir. Həkim nəzarətindədir”.

Ş.Hümbətova ondan aclıq aksiyasını dayandırmağı xahiş etsə də bloqqer razılaşmayıb və xatırladıb ki, indiki həbs müddəti martın 2-də bitir. Mehman Hüseynov deyib:

2 martda mən buraxılmasam, artıq başqa cür hərəkət edəcəm. Ona görə yox ki, yeni həbsdən qorxuram, daha beş-altı il həbsdə qalmaq istəmirəm, zəifəm. Əksinə, indi özümü mübarizə üçün çox güclü hiss edirəm. Bu günə kimi yüzlərlə siyasi məhbus saxta ittihamlarla azadlığını qurban verib amma bu qurban heç nəyi dəyişməyib, vəziyyət oluduğu kimi qalır və daha pis olur. deməli biraz da irəli gedib, başqa, daha dəyərli qurban verilməlidir ki, bəlkə nəsə dəyişə.

Buna da bax: Sosial şəbəkə istifadəçiləri İlham Əliyevin facebook hesabında Mehman Hüseynovu azad etməyi tələb edir

Nə baş verib: Video-bloqqer Mehman Hüseynov həbs müddətinin bitməyinə iki ay qalmış yeni cinayət işində ittiham olunub. O, həbsxana əməkdaşına xəsarət yetirməkdə təqsirli bilinir. Bu ittihamla onu 5-7 il həbs gözləyir.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia