Şənbə, 17 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Aclıq aksiyası keçirən insanın səhhətində nələr baş verir? İzah edirik!

06 Yanvar 2019
A A
Aclıq aksiyası keçirən insanın səhhətində nələr baş verir? İzah edirik!

İnsanın bədən üzvləri. Foto: freepik

Bloqqer Mehma Hüseynov haqqında yeni açılan cinayət işinə etiraz olaraq 11 gündür ki, aclıq aksiyası keçirir. İlk günlər mayedən də imtina edən M.Hüseynov qardaşının təkidindən sonra su içməyə başlayıb. Onun vəkili Şəhla Hümbətovanın verdiyi məlumata görə, aclığı davam etdirən bloqqerin səhhəti yaxşı deyil. O, halsızdır, danışmaqda çətinlik çəkir və rəngi ağarıb.

Uzun müddət aclıq aksiyası keçirməyin insan bədəninə hansı formada təsiri var? Aksiyanın keçirilmə formasından asılı olaraq, insan neçə müddət bu halda yaşaya bilər. Həkim Vasif İsmayıldan xahiş etdik ki, suallarımızı cavablandırsın.

1

Aclıq aksiyasının necə növü var?

Aclıq aksiyası iki cür olur; quru və yaş. Yaş aclıq aksiyasi o deməkdir ki, insan maye içir, amma bərk qida qəbul etmir, yəni sıyıq yemir, şorba içmir, sadəcə su, çay və qəhvə içir. Buna yaş aclıq aksiyası deyirlər. Yaş aclıq aksiyası ilə insan uzun müddət, yəni bir neçə ay yaşaya bilər. Bu zaman insan öz bədənindəki əzələləri, yağı, sümüyü əridərək bir neçə ay yaşaya bilər, amma həm də çox ciddi çəki itirər.

Bir də var quru aclıq aksiyası, bu odur ki, insan maye və qidadan tamamilə imtina edir. Bu zaman insan 3-4, maksimum 5 günə ölə bilər.

2

Maye və qidadan imtina bədənə necə təsir edir?

İnsan bədənində iki əsas funksiya var; birincisi, insanın həyat fəaliyyətini davam etdirməsi üçün lazım olan resurslar, ikincisi insanın bədənində quruculuq, sağalma işləri üçün lazım olan resurslardır. Əgər insan tam aclıq aksiyasına girirsə, onun bədənində yalnız sağ qalmaq üçün resurslar qalır. Bir insan uzun müddət aclıq aksiyasını davam etdirərsə, onun bədənində şəkərə çevriləcək maddə qalmadığı üçün bu insanların beyni və bəzi orqanları artıq geri dönülməz dəyişikliyə uğrayır. Bir müddətdən sonra onların tam normal insan olmağı mümkün deyil. Belə bir risk var, çünki xüsusilə beyin artıq geri dönülməz şəkildə zədələnir. Hətta yaş aclıq aksiyası keçirilsə belə beynin bu formada zədələnmə riski var.

Hətta buna bənzər bir hadisə Sovet İttifaqı dönəmində KQB tərəfindən tətbiq olunurdu. Buna cəza psixiatriyası deyilirdi. İnsanlara xüsusi dərmanlar vurulurdu və onların beyni ölürdü. Nəticədə o insanlar ölmürdülər, amma əqli qabiliyyətlərini itirirdilər.

3

Aclığın geri dönülməz təsirləri nələrdir?

Aclıq aksiyası keçirən insanın bir müddət sonra özü haqqında qərar vermək qabiliyyəti itir. Düşünmək üçün artıq iradəsi qalmır. Çünki beyin lazım olan maddələri almır və düşünmür, qərar verə bilmir. İnsan ən yaxşı ehtimalla uşağa, daha dəqiqi ağıldan kəm bir insana çevrilir. Uzun müddət ac qalan insan əqli qabiliyyətini birdəfəlik itirir.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia