Şənbə, 24 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Donuz qripinə yoluxduğunu necə anlaya bilərsən? İzah edirik!

07 Yanvar 2019
A A
Donuz qripinə yoluxduğunu necə anlaya bilərsən? İzah edirik!

Halsızlıq. Foto: pixabay

Bir müddətdir qonşu Gürcüstanda donuz qripi geniş yayılıb. Artıq ölkədə 158 nəfər “donuz qripi” adlandırılan H1N1 virusuna yoluxub və 9 nəfər ölüb. Virusun yayılmasına görə, Tbilisidə beş ilkin tibbi yardım müəssisəsi fövqəladə iş rejiminə keçib.

1

Donuz qripi nədir?

Bu xəstəlik ilk dəfə 2009-cu ildə ortaya çıxıb. Donuzlarda xəstəliyə səbəb olan mikroorqanizm (İnfluenza A virusu) dəyişiklik keçirib “İnfluenza tip A H1N1” virusuna çevrildikdən sonra insanlara da yoluxmağa başlayıb. Xəstəlik ilk dəfə Meksika və ABŞ-da peyda olub, daha sonra bir çox ölkəyə yayılıb.

2

Necə yoluxur?

Donuz qripi tənəffüs yolları ilə yoluxur. Xəstə insanla yaxın əlaqə, xəstənin öskürməsi və ya asqırması zamanı insandan insana keçir. Yoluxduqdan sonrakı 1-3 gün ərzində xəstəliyin əlamətləri üzə çıxmağa başlayır.

3

Donuz qripinin əlamətləri nələrdir?

Səbəbsiz yerə bədənin tempraturunun qalxması, quru öskürək, boğaz ağrısı, burnun tutulması və ya burun axıntısı, baş ağrısı, gözlərdə sulanma, əzələ ağrısı, halsızlıq xəstəliyin ilkin əlamətləridir. Xəstəlik bir çox hallarda ölümlə nəticələnir.

4

Necə qorunmaq olar?

Donuz qripindən qorunmaq üçün qapalı məkanları tez-tez havalandırmaq, insanların sıx olduğu yerlərdə çox vaxt keçirməmək vacibdir.

  • Əllər sabun və su ilə tez-tez yuyulmalıdır.
  • Ağız, burun və gözlərə çirkli əllərlə toxunmaq olmaz.
  • Xəstənin toxunduğu yerlər mütləq virusları öldürən mayelərlə təmizlənməlidir.

Hamilələr, uşaqlar və qocalar risk qrupunda yer alırlar. Ölkədə donuz qripi epidemisyası baş verdiyi halda risk qrupundakılara donuz qripi peyvəndinin vurulması tövsiyə edilir.

5

Azərbaycanda xəstəlik əleyhinə hansı tədbirlər görülür?

Azərbaycanın Səhiyyə Nazirliyi ölkədə mövsüm ərzində “donuz qripi”nə yoluxma hallarının qeydə alınmadığını açıqlayıb. Buna baxmayaraq, xəstəliyin Azərbaycana daxil olmaması üçün bir sıra tədbirlər görülür.

Azərtac yazır ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova Gürcüstanda “donuz qripi”nin aşkarlanması səbəbindən qatarlarda dezinfeksiya işlərinin aparıldığını deyib:

Həkim-sanitar xidməti tərəfindən sərnişin qatarlarında gedən sərnişinlər və vaqon bələdçiləri arasında hər gün sanitariya maarifi işi aparırlar. Eləcə də hər reysqabağı vaqonlarda dezinfeksiya işləri görülür.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia