Dünən Apelyasiya Məhkəməsi qarşısında bloqqer Mehman Hüseynova dəstək üçün keçirilən aksiyada saxlanılara bu gün hökm oxunub.
Yasamal Rayon Məhkəməsinin qərarı ilə aksiyanın təşkilatçısı Mete Türksoy 25 sutka müddətinə inzibati həbs edilib. İsmayıl İslamoğlu və Qoşqar Əhmədov hər biri 20 sutka həbs cəzası alıb, Orxan Məmməd və Bəxtiyar Məmmədli 400 AZN cərimələnərək sərbəst buraxılıb.
Buna da bax: Penitensiar Xidmət: Mehman Hüseynov cəmi bir günlük aclıq aksiyası keçirib
Nə baş verib: Bir qrup gənc həbsdə aclıq aksiyası keçirən bloqqer Mehman Hüseynova dəstək üçün Apelyasiya Məhkəməsi qarşısında aksiya keçirib. Aksiyaya polis müdaxilə edib və təşkilatçı da daxil olmaqla bir neçə gənc saxlanılıb, 28-ci Polis Bölməsinə aparılıb.