Türkiyədə hökumət marixuana istehsalına icazə verəcək.
Sputnik Türkiyə yazır ki, bunu prezident Rəcəb Tayyib Ərdoğan “Hökumət Sistemində Yerli Hakimiyyətlər” adlı simpoziumda çıxışı zamanı deyib.
Sellofan torbalardan istifadəyə qarşı mübarizəni gücləndirdiklərini deyən Ərdoğan əvvəllər sellofanı əvəz edən torbaların marixuana bitkisindən hazırlandığını xatırladıb:
“Bizə dost kimi görünən düşmənlər ölkəmdə marixuana istehsalına mane oldu. İndi marixuananı xaricdən idxal edirik. Kənd Təsərrüfatı Nazirliyi yeni layihəyə başlayır, marixuana bitkisini yenidən istehsal edəcəyik”.