Yanvarın 10-da Bakı Apelyasiya Məhkəməsində Mete Türksoy, Qoşqar Əhmədov və İsmayıl Nadirlinin şikayətlərinə baxılıb.
Meydan Tv yazır ki, Mete Türksoyun 25 sutka, Qoşqar Əhmədov və İsmayıl Nadirlinin hər birinin isə 20 sutka həbs cəzası barədə qərar qüvvədə qalıb.
https://www.facebook.com/MikroskopMedia/videos/288055698729808/
Nə baş verib: Yanvarın 6-da bir qrup gənc bloqqer Mehman Hüseynovun və digər məhbusların azad edilməsi məqsədilə Bakı Apelyasiya Məhkəməsinin qarşısında aksiya keçirib. Aksiyaya polis müdaxilə edib və təşkilatçı da daxil olmaqla bir neçə gənc saxlanılıb. Onlar İnzibati Xətalar Məcəlləsinin 513.1 (Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsinin “Sərbəst toplaşmaq azadlığı haqqında”) maddəsi ilə təqsirli bilinib.