Çərşənbə, 10 Dekabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Dahiliklə dəlilik arasındakı incə xətti silən Devid Bovi haqqında

11 Yanvar 2019
A A
Dahiliklə dəlilik arasındakı incə xətti silən Devid Bovi haqqında

Devid Bovi. Foto: Gavin Evans

İngiltərəli məşhur müğənni, bəstəkar və aktyor Devid Bovi 1 il əvvəl bu gün 69 yaşında vəfat etdi. Onun ad günündən və yeni albomunu təqdim etməsindən 2 gün keçmiş vəfat etməsi ailəsi və yaxınlarından başqa hamını şoka saldı.

Sonradan məlum oldu ki, sənətçi uzun müddət xərçəngdən əziyyət çəkib və öləcəyini əvvəlcədən bilib.

Dahiliklə dəlilik arasındakı incə xətti silən Devid Bovi haqqında ən maraqlı məlumatları bölüşürük:

1

Sənətçinin oğlu Dankan Consun sözlərinə görə, atası küllərinin Bali adasına tökülməyini vəsiyət edib. Onun külü vəsiyyətinə uyğun olaraq Buddist rituallara uyğun şəkildə təbiətə qaytarılıb.

2

Devid Bovi 42 il onun köməkçisi olan Korinne Şvaba 2 milyon dollar pul vəsiyət edib.
Müğənninin həyat yoldaşı və iki övladına isə 100 milyon dollar çatıb.

3

Ölümündən sonra BBC 6 radiosunun dinlləyiciləri “Life On Mars”, “Changes and Oh”, “You Pretty Things!” adlı mahnıların da yer aldığı 1971-ci ildə təqdim edilən “Hunky Dory” albomunu Devid Bovinin ən yaxşı albomu elan ediblər.

4

Ədəbiyyata böyük marağı olan Devid Bovinin sevdiyi şairlər arasında Nazım Hikmət də olub.

5

Sənətçinin ad günündə təqdim edilən “Blackstar” onun vida albomu idi. 18 ay xərçənglə mübarizə aparan və tezliklə öləcəyini bilən sənətçi son albomunu ölümə həsr edib.

6

Devid Bovinin üz qabığında özünün fotosunun yer almadığı tək albom “Blackstar”dır.

7

33 film və serialda rol alan Devid Bovi “The Man Who Fell to Earth” filmindəki roluna görə, ən yaxşı aktyor mükafatına layiq görülüb.

8

Məşhur “Prestige” filmində Nikola Teslanı canlandırıb.

9

Çaya fobiyası var idi. 5 yaşından sonra çay içməyib.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia