Avropa İttifaqına daxil olan bir neçə ölkənin səfirliklərinin məsul şəxsləri bloqqer Mehman Hüseynovla görüşüb. Qurumun Azərbaycandakı nümayəndəliyinin müraciəti əsasında təşkil olunan görüş dünən 1 saylı İstintaq Təcridxanasında baş tutub.
Buna da bax: Mehman Hüseynov vəkilinə KİV-ə müraciətlə bağlı heç nə deməyib
“Trend” agentliyi diplomatik dairələrə istinadən yazır ki, görüşdə Aİ-nin Bakı nümayəndəliyinın rəhbərinin müavini, Fransa, Hollandiya, Böyük Britaniya, Çex Respublikası və Almaniya səfirliklərinin əməkdaşları iştirak ediblər. Onlar Mehman Hüseynovun saxlanma şəraiti və səhhəti ilə tanış olub.
Mehman Hüseynovun vəkilləri də görüş barədə məlumatsızdırlar.
Buna da bax: Mehman Hüseynov aclığı fevral ayınadək davam etdirəcək
Nə baş verib: Bloqqer Mehman Hüseynov haqqında açılan ikinci cinayət işinə etiraz olaraq aclıq aksiyası keçirir. Ötən gün bloqqerin adından yayılan məktubda aclığı dayandırdığı yazılsa da atası Rafiq Hüseynov və qardaşı Emin Hüseynov onun aclıq aksiyasını dayandırmadığını deyir.