Çərşənbə, 10 Dekabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Aclıq aksiyasına başlayan siyasi məhbusların məktubunun tam mətni

13 Yanvar 2019
A A
Aclıq aksiyasına başlayan siyasi məhbusların məktubunun tam mətni

Elçin İsmayıllı (jurnalist), Qiyas İbrahim (NİDAçı), Bayram Məmmədov (NİDAçı), Əhsən Nuruzadə (fəal) və İlkin Rüstəmzadə (NİDAçı). Foto: şəxsi arxiv / facebook

Əziz dostlar, dəyərli media və ictimaiyyət nümayəndələri!

Son vaxtlar hamının gözləri qarşısında çox dəhşətli proseslər baş verir. Hər ötən gün ölkəmiz sivil və demokratik dünyadan bir az daha uzaqlaşır. Şər üçbucağının əhatəsi və dəstəyi ilə bataqlığa doğru möhkəm addımlarla irəliləyir. Ölkəmizin və xalqımızın ali maraqlarının nəyi tələb etməsindən asılı olmayaraq, repressiyaların şiddəti daha da artır. Həbsdə olan siyasi məhbuslara və azadlıqda olan dissidentlərə qarşı başlayan və öz kulminasiyasını Mehman Hüseynova əlavə cinayət işinin açılmasında göstərən proses ölkəmizin artıq geri dönüşü olmayan bir yola qədəm qoyduğunu nümayiş etdirir.

Biz bunun artıq birlikdə müqavimət göstərilməsi gərəkən çox ciddi tendensiya olduğunu düşünürük. Əslində biz bu müqaviməti və atacağımız addımları xeyli əvvəldən planlaşdırsaq da ilk günlərdə aldığımız bir-birini istisna edən ziddiyyətli informasiyalar, eləcə də atacağımız addımları digər həbsxanalardakı siyasi məhbuslarla koordinasiyalı şəkildə təşkil etmək, mümkün qədər çox sayda, mümkün qədər çox siyasi məhbusun bu aksiyaya qoşulmasını təmin etmək üçün etdiyimiz cəhdlər bizi bir az ləngitdi. Bu müraciətin yazıldığı ana qədər bunun gec olub-olmamasıyla bağlı saatlarla çəkən mübahisələrdən sonra yekdilliklə bu qərara gəldik ki, bu bizə əngəl olmamalıdır. Biz başlayırıq. Digər siyasi məhbusların da qoşulacağına əminik.

Dəyərli siyasi məhbus dostlarımız!

Mehman Hüseynovun başına gətirilənlər, əgər bu gün birlik göstərməsək, sabah hamımızı gözləyir. Qurbanlıq qoyun kimi oturub kəsiləcəyimiz günü gözləsək sabah hamının başının altından bir narkotik, tank və s. tapacaqlar və ya biz də kimisə “döyəcəyik”. Əgər siz indiki məqamda susqunluğun müdrik, ehtiyatlı addım olduğunu düşünürsüzsə, qərbdən gələn reaksiyaların nəticələrini gözləyirsizsə, çarx arxaya fırlanır. Biz bu filmə dəqiqələrlə baxmışıq və bu, növbəti reaksiyaların nə ilə nəticələnəcəyini, necə sonlanacağını yaxşı bilirik. Tüstü-duman dağılandan sonra qərbdən kimlərsə gələcək, bir qismi dizləri üstə çökdürülmüş və ya xüsusi xidmət orqanlarının kuklasına çevrilmiş bir neçə siyasi məhbusun azadlığı müqabilində sövdələşmə əldə olunacaq. Sonra da çıxıb bu böyük humanizmi, belə möhtəşəm islahatı gurultuyla alqışlayacaqlar. Neft, avro və dollarlarından çemodanlarına doldurub qayıdacaqlar və naz-qəmzə ilə hakimiyyətə göz vurub yeni repressiyalar üçün yaşıl işıq yandıracaqlar.

Unutmayın, qərb təşkilatlarının Azərbaycanda satışa çıxarmadığı bircə dəyər, bircə prinsip qalmayıb. Və gurultulu insan haqları şüarları ilə başlayan qərbin bütün kampaniyaları həmişə rüsvayçı, bizi qaranlığı bir az da yaxınlaşdıran sonluqla bitib.

Biz ölkəmizin zülmətə qərq olmasına etiraz edirik! Biz repressiyalara etiraz edirik! Və susmayacağıq! Biz öz ölkəmizə sahib çıxırıq və onun işıqlı insanlarının həbsxanalarda qanqster kimi davranılmasına müqavimət göstərəcəyik. Mehman və digər hər kəs üçün bu gündən etibarən müddətsiz aclıq aksiyasına başlayırıq və bütün siyasi məhbusları bizə qoşulmağa çağırırıq!

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia