NİDA vətəndaş hərəkatının həbsdə olan üzvləri İlkin Rüstəmzadə, Qiyas İbrahimov və Bayram Məmmədov, jurnalist Elçin İsmayıllı və fəal Əhsən Nuruzadə bu gündən aclıq aksiyasına başladıqlarını bəyan ediblər. Jurnalist Xədicə İsmayıl onların məktubunu yayıb.
Siyasi məhbuslar aclıq aksiyası keçirməkdə məqsədlərinin siyasi məhbuslara, həmçinin Mehman Hüseynova qarşı sürülən ittihamlara etiraz etmək olduğunu deyib. Məktubda yazılır ki, onlar siyasi məhbus probleminə etiraz olaraq müddətsiz aclıq aksiyasına başlayıblar.
https://www.facebook.com/photo.php?fbid=10210716983199271&set=a.3525816442669&type=3&theater
Buna da bax: Həbsdə olan müsavatçı fəal Azad Həsənov da aclıq aksiyasına başlayıb
Nə baş verib: Bloqqer Mehman Hüseynov haqqında açılan yeni cinayət işinə etiraz olaraq 18 gündür ki, aclıq aksiyası keçirir. Ona dəstək olmaq üçün 10 gündür ki, Müsavat Partiyasının qərargahında ictimai-siyasi fəallar aclıq aksiyasına başlayıb.