Ermənistan Prezidenti Armen Sarkisyan baş nazir vəzifələrini icra edən Nikol Paşinyanı baş nazir vəzifəsinə təsdiq edib.
Erməni KİV-ləri yazır ki, prezident bu qərarı ölkə parlamentinin ilk iclasından sonra verib.
Qanunvericiliyə əsasən, N.Paşinyan 15 gün ərzində yeni hökuməti formalaşdırmalı və hökumət proqramını parlamentə təqdim etməlidir.
Bunu da oxu: Qarabağı müstəqil respublika hesab edən Nikol Paşinyan kimdir?
Nə baş verib: 2018-ci il dekabrın 9-da Ermənistanda keçirilən növbədənkənar parliament seçkilərində Nikol Paşinyanın “Mənim addımım” alyansı səs çoxluğu ilə qalib gəlib.