Bakı Şəhər İcra Hakimiyyəti Milli Şura və AXCP-nin birgə mitinqinə razılıq verib.
Bloqqer Mehman Hüseynova dəstək məqsədilə keçirilməsi planlaşdırılan mitinq yanvarın 19-u saat 15:00-da “Məhsul” stadionunda olacaq.
Bir neçə gün əvvəl mitinqlə bağlı qərarı elan edən AXCP sədri xatırladıb ki, bir müddət əvvəl Müsavat Partiyasının da Mehman Hüseynova dəstək mitinqinə icazə verilməyib. O, bütün siyasi qüvvələri bu mitinqdə iştirak etməyə çağırıb:
Ölkədəki represiyaya dayan “dur” demək istəyən bütün müxalif qüvvələr bu mitinqə qoşulsun.